EN

Gənc qızların heyran olduğu fenomen: Ən yaraşıqlı kişi seçilmişəm VİDEO

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

"Hindistanın Castin Biberi" adlandırılan Suraj Çavan Qərb mediasının onu “Hindistanın ən yaraşıqlı kişisi" seçdiyini iddia edib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, onun bu çıxışı təkcə ölkəsində deyil, bütün dünyada müzakirələrə səbəb olub.

“X” istifadəçiləri isə bu məlumatın doğru olmadığını bildirib.

Suraj Çavanın Hindistanın ən yaraşıqlı kişisi olduğuna dair heç bir təsdiqlənmiş məlumat yoxdur. Hindistanda rəsmi və ya milli səviyyədə tanınan "ən yaraşıqlı kişi" səsvermə sistemi yoxdur və heç vaxt belə bir sorğu keçirilməyib. Nəticədə, ölkə miqyasında Suraja şöhrət qazandıran iddiaların doğru olmadığı üzə çıxıb.

Sosial şəbəkə istifadəçiləri sözügedən xəbərə "Castin, səndən üzr istəyirik", "Hindistana gedirəm ki, məni ən yaraşıqlı meksikalı görünüşlü hindli adlandırsınlar" "Zarafat edirsiniz?", “Bu paylaşımla razılaşmaqdansa, cins şalvar udaram” kimi şərhlər yazıblar.

Qeyd edək ki, 31 yaşlı Suraj Çavan internetdə paylaşımları ilə məşhurlaşıb. O, populyarlığı sayəsində realiti-şouda qalib gəlib, həmçinin aktyorluq layihələrində yer alır.

Suraj saç düzümünə görə sosial mediada "Hindistanın Castin Biberi" adlandırılır. Bu saç düzümü tez-tez kanadalı müğənni Castin Biberin 2010-cu illərin əvvəllərindəki stilinə bənzədilir.

Billurə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
1
olke.az

2Sources