EN

“Qarabağ” Nərimanın satışından bu qədər qazanacaq: Rekord məbləğ

“Qarabağ”ın futbolçusu Nəriman Axundzadə ABŞ-nin “Kolumbus Kryu” klubuna transfer olunmaq üzrədir. Artıq Ağdam klubu bununla bağlı rəsmi məlumat yayıb. Klub və futbolçu arasında danışıqlar tamamlandıqdan sonra keçid rəsmiləşəcək.

Azərbaycan çempionu 21 yaşlı hücumçunun satışından yüksək gəlir əldə edəcək. Publika.az-ın məlumatına görə, ABŞ klubu Nərimanı heyətinə qatmaq üçün 2 milyon dollarından (3,4 milyon manat) keçməyə razılaşıb. ”Kolumbus Kryu” bu məbləği hissəli şəkildə “Qarabağ”a ödəyəcək.

Bununla Nəriman Axundzadə Azərbaycan futbol tarixində transferinə ən çox pul xərclənən yerli oyunçusu olacaq.

Chosen
26
1
publika.az

2Sources