EN

70 yaşı tamam olan Asif Əliyev: Ömrümün sonunadək futbolda qalmaq istəyirəm

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanın veteran futbolçusu Asif Əliyevin bu gün 70 yaşı tamam olur. Sport24.az bu məqsədlə yubilyardan müsahibə alıb.- Doğum gününüzü təbrik edirik. 70 yaşa çatanda geriyə baxıb nə ilə daha çox fəxr edirsiniz?-Məni unutmadığınız üçün sizə təşəkkür edirəm. Doğum günündə məni yada salanalara, təbrik edənlərə çox sağ ol deyirəm. Futboll yaşayıram, nəfəs alıram, ölənə kimi də belə davam edəcək. Çox istəyirəm ki, Azərbaycan futbolu daim irəli getsin, digər komandalarımız da "Qarabağ" kimi ölkəmizi, futbolumuzu hər yerdə tanıtsınlar. Millimizə uğurlar arzulayıram. Ömrümün sonunadək futbolda qalmaq istəyirəm. - Futbola ilk addımınızı necə xatırlayırsınız? Kim sizi bu yola yönəltdi? - Futbola o vaxt Kirovabad adlanan Gəncədə, "Lokomotiv" klubunda başlamışam. Həyətdə futbol oynayırdım. Uşaqlar belə komanda olduğunu dedilər. Mən də getdim. Ondan sonra "Dinamo" üz tutdum. Orada məni sınadılar və 1975-ci ildə əsas komandaya cəlb etdilər. Böyük futbolda ilk addımlarımı məhz bu komandada atmışam.- Daha sonra "Neftçi"yə keçdiniz. Bu klubdakı illəriniz sizin üçün nə ifadə edir? O dövrdən hansı xatirələr daha əzizdir?- 1976-cı ildən 1985-ci ilədək "Neftçi"nin formasını geyinmişəm. Məni komandaya götürəndə ölkənin bir nömrəli klubu I Liqada çıxış edirdi. 1977-ci ildə isə güclülər dəstəsinə yüksəldik. "Neftçi"nin heyətində 200-dən çox oyunda 30-dan çox qol vurmuşam. Ardınca 1985-ci ildə "Dinamo"ya qayıtdım. Gəncə təmsilçisində isə 90-a yaxın qolla yadda qalmışam. Fubolçu karyerasını bitirəndə də bu idman növünün inkişafı üçün çalışmışam. Kazbek Tuayevin məktəbində işləmişəm. "Neftçi"də də baş məşqçi kimi çalışmışam.- O dövrün futbolu ilə bugünkü futbol arasında əsas fərqlər nələrdir?- Çoxdur. O vaxt tamam başqa futbol var idi. İndi isə fərqlidir. Bizim dönəmimizdə belə futbol oynanılmırdı. Fikrimcə, o, dönəmdə yaradıcı və texniki cəhətdən yüksək keyfiyyətə malik futbolçuların sayı daha çox idi. Məncə, bizim vaxtımız futbol oynamaq daha çətin idi.- Birlikdə oynadığınız ən unudulmaz futbolçular kimlərdir?- Bir çoxu rəhmətə gedib. Allah rəhmət eləsin. Anatoli Banişevski, Əli Rəhmanov, Tofiq Abbasov. Onlarla eyni klubda olduğum üçün fəxr edirdim. Mən həmin vaxt nisbətən cavan idi. Asəf Namazovu da nümunə göstərə bilərəm.- Sizcə Azərbaycan futbolu son 40–50 ildə necə dəyişib?- Çox dəyişikliklər olub. Adi bir nümunə: hərəmizin bir böyük çantamız var idi. Bizə lazım olan bütün ləvazımatları, formaları ora yığırdıq. Bütün əziyyəti özümüz çəkirdik. İndiki futbolçular "hazıra nazir"dir. İndikilər üçün demək olar, hər cür şərait yaradılıb. Amma bəziləri bunun qədrini bilmir, vaxtlarını keçirirlər. Sanki, futbolun, məşqin tez bitməsini istəyirlər. Butsların, formaların tullayırlar, heç maraqlanmırlar. Biz bunları özümüz edirdik. Çox əziyyət çəkmişik. İndikilər telefonu əllərinə alıb, qulaqcıq taxıb oyuna gəlirlər. Paltardəyişmə otaqlarında hər şey əvvəlcədən hazır olur. İndi tamam başqa futboldur.- Milli komandamızla bağlı ümidləriniz və narahatlıqlarınız...- Bu ay Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olacaq. Ayxan Abbasova və futbolçulara uğurlar arzulayıram. Gözəl futbol, qələbələr gözləyirik. Biz də azarkeşlik edəcəyik. Futbolumuzun inkişafını istəyirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
sport24.az

1Sources