EN

İnter müdafiəçisi ilə yeni müqavilə imzalayacaq

ain.az bildirir, sport24.az portalına istinadən.

"İnter"in müdafiəçisi Federiko Dimarko klubla müqaviləni uzatmağa yaxındır. Sport24.az insayder Nikolo Skiraya istinadən xəbər verir ki, yeni sözləşmə 2030-cu ilin yayına qədər nəzərdə tutulub. 

Mənbənin sözlərinə görə, bir neçə Premyer Liqa klubu futbolçuya maraq göstərsə də,  konkret təklif gəlməyib.

Qeyd edək ki, 28 yaşlı Dimarko "İnter"in yetirməsidir. Bu mövsüm o, 31 oyunda meydana çıxıb, 6 qol vurub və 13 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı müdafiəçinin bazar dəyərini 50 milyon avro qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
sport24.az

1Sources