EN

“PFL ə durumla bağlı məlumat vermişik, “Qarabağ”ın nümayəndələri də burdadı” AFFA nümayəndəsi də danışdı

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ölkə çempionatının 19-cu turunun “Şamaxı” - “Qarabağ” oyunu ətrafında təxirəsalma həyəcanı davam edir. Səbəb bəllidi: Şamaxıya indi də qar yağır. Həyəcan nə ilə bağlıdı? “Qarabağ” sıx qrafik üzrə oynayır, faktiki hansısa oyunun təxirə salınması ilə bağlı manevr etmək imkanı yoxdu. Bir neçə dəqiqə əvvəl “Şamaxı”nın mətbuat katibi Yusif Hüseynin mövqeyini çatdırmışdıq. “Football-plus.az” oyuna AFFA nümayəndəsi kimi təyinat alan, hazırda stadionda olan Yavər Rəhimovla da danışıb: “Durumu nəzarətdə saxlayırıq. Stadion təmizlənir. PFL-ə durumla bağlı məlumat vermişik. Allah eləsin, oyun keçirilsin. Artıq oyunöncəsi iclası keçirmişik. “Qarabağ”ın nümayəndələri də burdadı. Çovğun olmasa, oyun keçiriləcək. Qırmızı top? Bununla bağlı qərarı baş hakim verəcək”. Qeyd edək ki, Şamaxıda hazırda hava -1 dərəcədi. Matç start götürəndə də belə olacaq, qar intensivləşməyəcək. Referi Kamal Umudlu start fitini saat 14.30-da səsləndirəcək. MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
1
icma.az

2Sources