EN

“Epşteyn dosyaları”nda İran Prezidentlə görüş, silah ticarəti, maliyyə şəbəkələri FOTO

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Cefri Epşteyn üzrə son açıqlanan sənədlər İranla əlaqələrini ortaya qoyur. Bu, keçmiş İran prezidenti ilə görüş iddiaları, silah ticarəti, maliyyə şəbəkələri və Manhettendəki mülklərlə bağlı əlaqələr kimi məsələləri əhatə edir.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, sənədlər arasında amerikalı bioloq Robert Triversin Epşteynə yazdığı məktub var. Trivers məktubunda Epşteyn ilə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad arasında Nyu-Yorkda görüş iddiasına toxunur. Görüşün BMT Baş Assambleyası çıxışlarından sonra baş verdiyi qeyd olunur. Trivers Əhmədinejadın zəif sosial mənşəyindən bəhs edərək, bunun ikili arasında mümkün əlaqəyə təsir edib-etmədiyini soruşur.Əhmədinejadın keçmiş media müşaviri Əli Əkbər Cavanfekr isə iddianı rədd edib: “Belə bir görüş heç vaxt olmayıb, bu, yalan və dezinformasiyadır.”Epşteyn sənədlərində digər iranlı “Freestream Aircraft” şirkətinin CEO-su, Əlirza İttihadih barədə qeyd olunur. Epşteyn və İttihadih 2014–2018 arasında şəxsi təyyarə xidmətləri və İranla bağlı siyasət, daxili vəziyyət barədə elektron yazışmalar aparıblar.2017-ci ildə İttihadih Donald Trampın İran siyasəti və bölgədə Səudiyyə Ərəbistanı ilə yaxınlaşma cəhdləri barədə “New York Times” məqaləsini Epşteynə göndərib. Epşteyn cavabında,“Sizə demişdim, əvvəl hər şey pisləşəcək, sonra yaxşılaşacaq”, – yazıb. 2018-ci ildə isə yazışmalar biznes mövzularına keçib; Epşteyn İttihadihdən “Boeing” biznes təyyarələri barədə texniki məlumatlar istəyib, İttihadih isə cavabında siyasətdən ayrı qalmağı vurğulayıb.Son açıqlamalara görə, Epşteyn 1980–1990-cı illərdə İranla gizli silah ticarəti, pul yuyulması və kəşfiyyat şəbəkələrində iştirak edib. Bu fəaliyyətlər İran-İraq müharibəsi və İran-Kontro işi ilə paralel həyata keçirilib.Epşteynin yaxın keçmiş həmkarı Stiven Hoffenberq deyib ki, Epşteyn 1983-cü ildə Çin silahlarını Norinko vasitəsilə İrana satmaqda birbaşa iştirak edib. Bu əməliyyatlarda Adnan Xaşoqi və Sir Duqlas Liz də iştirak edib. Maliyyə əməliyyatları üçün əsasən BCCI bankı istifadə olunub.Digər iddia Epşteynin Manhettendəkı mülklərlə də bağlıdır. Milyarder 1992-ci ildən “East 69th Street”dəki bir malikanəni icarəyə götürüb. Bu bina daha əvvəl İran konsulluğunun rezidensiyası olub. ABŞ hökuməti 1980-ci ildən binanı icarəyə verib, daha sonra Epşteynə sub-icarəyə görə iddia qaldırıb.Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
www.bakupost.az

1Sources