"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə karyerasını MLS-in "Kolumbus Kryu" klubunda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi də bu transferdən pul qazanacaq.

MLS klubu "Qarabağ"a 2 milyon dollar (3.4 milyon manat) ödəyəcək.

Bu məbləğ hissə-hissə ödəniləcək.

Qeyd edək ki, Nəriman "Kolumbus Kryu" ilə 3.5 illik müqavilə imzalayacaq.

(qafqazinfo.az)