EN

İrandan Azərbaycan açıqlaması: Şübhələri aradan qaldırmaq istəyirik

BAKI, 10 fevral. TELEQRAF

“İranın müdafiə naziri Əziz Nəsirzadənin Azərbaycana səfəri bizim üçün önəmlidir”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

O bildirib ki, müdafiə naziri ilə yanaşı, İran xarici işlər naziri Abbas Əraqçinin Bakı ziyarəti də önəmli bir səfər olub.

Bəqayi qeyd edib ki, bu cür səfərləri vacib hesab edirlər və hansısa mümkün şübhələri aradan qaldırmaq məqsədi daşıyır:

“Nazirlik dialoqu davam etdirməkdə qətiyyətlidir. Bu səfər iki ölkə arasında etimadın güclənməsi və yaxşılaşmasına səbəb olacaq”.

Chosen
29
teleqraf.com

1Sources