
Son vaxtlar Ancelina Coli ilə Lui Qarrel arasında mümkün münasibətlə bağlı yayılan xəbərlər aktrisanın son illərdəki şəxsi həyatını yenidən gündəmə gətirib. 2016-cı ildə Bred Pittlə ayrıldıqdan sonra Coli uzun müddət qapalı həyat tərzi sürsə də, zamanla onun adı bir neçə məşhurla hallandırılıb.
Heftelik.az Lent.az-a istinadən həmin məşhurları təqdim edir.
2017-ci ildə mətbuatda Colinin Cared Leto ilə münasibətdə olduğu yazıldı. Onların tez-tez birlikdə görünməsi bu söz-söhbətləri gücləndirmişdi. Maraqlıdır ki, bu yaxınlıq yeni deyildi – onlar hələ 2000-ci illərin əvvəlində də qısa müddət görüşmüşdülər.

2018-ci ildə isə Colinin adı “Qisasçılar” filminin ulduzu Tom Hiddlstonla əlaqələndirildi. Aktrisa bu mövzuda açıqlama verməsə də, jurnalistlər bunun səbəbini onun Pittlə davam edən mürəkkəb boşanma prosesi ilə izah edirdilər.

Boşanma dövründə Coliyə daha bir şəxs – kaskadyor quruluşçusu Saymon Kreyinin oğlu Oliver Krane yaxın olmuşdu. O, aktrisanın uşaqlarının tərbiyəçisi kimi çalışırdı. 2019-cu ildə onların arasında romantik münasibət olduğu iddia edildi və Colinin uşaqlara göstərilən diqqətdən çox təsirləndiyi yazıldı.
2019-cu ildə mətbuat bu dəfə Colini Kianu Rivzlə bağladı. Yazılanlara görə, onlar “Əbədilər” filminin çəkilişləri zamanı yaxınlaşmışdılar. Lakin münasibətin davamı olmadı və Rivz daha sonra rəssam Aleksandra Qrantla ictimaiyyət qarşısında göründü.

2021-ci ilin yayında Colinin özündən 15 yaş kiçik musiqiçi Vikndlə münasibətdə olduğu iddia edildi. Onlar bir neçə dəfə birlikdə görülsələr də, bu yaxınlıq 2022-ci ilin əvvəlində sona çatdı – musiqiçi başqa bir qadınla görüldü.

Həmin dövrdə Colinin ilk həyat yoldaşı Conni Li Millerlə yenidən yaxınlaşdığı da yazıldı. Aktrisanın onun evinə təkbaşına, mühafizəçisiz getməsi medianın diqqətindən yayınmadı.

2024-cü ilin yayında isə Colinin adı britaniyalı repçi Akala ilə hallandı. Onlar müxtəlif tədbirlərdə birlikdə görünsələr də, Akalanın münasibətdə olması bu söz-söhbətləri daha da mübahisəli etmişdi. İlin sonuna doğru isə bu iddialar səngidi.
