EN

Tacikistan sərhədində narkotik qaçaqmalçılığının qarşısı alınıb

Bakı, 10 fevral, AZƏRTAC

Tacikistanın Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunları fevralın 10-u səhər saatlarında “Darqad” sərhəd postu ərazisində Əfqanıstandan narkotik qaçaqmalçılığı məqsədilə ölkəyə qanunsuz daxil olmaq istəyən bir qrup şəxsi aşkarlayıb.

AZƏRTAC Tacikistanın Xovar informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyat zamanı bir nəfər saxlanılıb, qrupun digər üzvləri isə qaçıb. Polis 46 paket həşiş götürüb.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.

Chosen
13
azertag.az

1Sources