“Bank hesablarından vəsaitin oğurlanması halları artıb. Həm Mərkəzi Bank tərəfindən, həm də banklar tərəfindən bu istiqamətdə texnologiyanın təkmilləşdirilməsi, eləcə də təhlükəsizlik mexanizmlərinin daha yaxından isttifadə olunması, o cümlədən, vətəndaşlarımız arasında məlumatlandırma səviyyəsinin artırılmasına ehtiyac var. Xüsusuilə, saxta profillər vasitəsilə məlumatların təqdim edilməsi nəticədə bank hesablarından vəsaitin oğurlanmasına gətirib çıxarır”.
Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bugünkü plenar iclasında “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, bank vəsaitlərinin xaricdən kiberhücumlar vasitəsilə oğurlandığını qeyd edib:
“Rəsmi araşdırmalar göstərir ki, oğurlanan vəsaitlər birbaşa xaricdə olan kiber müdaxilələr nəticəsində mümkün olur. Bu ondan xəbər verir ki, bu sahədə əməkdaşlığın gücləndirilməsi aktual idi. Azərbaycanın sözügedən Konvensiyaya qoşulması, əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir”.
Günay Şahmar, Bizim.Media