EN

"ABŞ administrasiyası Aİ-ni parçalamağa çalışır" - Makron

“ABŞ administrasiyası Avropa İttifaqının (Aİ) parçalanmasına yönəlmiş siyasət aparır”.

Missiya.Az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "Financial Times" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Avropa hazırda ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi, onun ifadəsi ilə desək, açıq şəkildə anti-Avropa mövqeyi nümayiş etdirən və Avropa İttifaqına qarşı mənfi münasibət göstərən administrasiya ilə qarşı-qarşıyadır.

Fransa Prezidenti qeyd edib ki, açıq aqressiya şəraitində güzəştə getmək və razılaşma əldə etməyə çalışmaq düzgün strategiya deyil.

Makron bildirib ki, son aylarda bu yanaşma sınaqdan keçirilsə də, nəticə verməyib.

Siyasətçi həmçinin əlavə edib ki, Qrenlandiya ilə bağlı ABŞ-dən gələn təhdidlər fonunda Avropa iqtisadi islahatları sürətləndirməli və qlobal təsir imkanlarını gücləndirməlidir.

Onun fikrincə, Avropa eyni zamanda ticarət sahəsində Çinin artan təsiri və ABŞ tərəfindən qaynaqlanan qeyri-sabitliklə üzləşir.

Makron bu iki amilin Avropa üçün ciddi sınaq olduğunu vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
68
missiya.az

1Sources