EN

ABŞ esminesi BƏƏ-nin Fujairah limanına qısa müddətli lövbər salıb

“Abraham Lincoln” təyyarədaşıyan gəmisinin zərbə qrupuna daxil olan raket esminesi “Michael Murphy” Oman körfəzində yerləşən Birləşmiş Ərəb Əmirliklərinin Fujairah limanına qısa müddətli lövbər salıb.

Herbiand.az xəbər verir ki, bu barədə Interfax “Marine Traffic”in məlumatlarına istinadən məlumat yayıb. Esmines dənizə çıxmazdan əvvəl təxminən 10 saat limanda qalıb.

ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı hələlik gəminin BƏƏ-dəki liman səfəri ilə bağlı şərh verməyib. Komandanlığa görə, “Abraham Lincoln” təyyarədaşıyan gəmisinin flaqman olduğu gəmilər Ərəb dənizində səfərlərini davam etdirir.

Daşıyıcı zərbə qrupuna 1600 km mənzilli Tomahawk kruiz raketləri ilə təchiz olunmuş “Spruance”, “Michael Murphy” və “Frank Petersen” esminesləri daxildir. Təyyarədaşıyan gəmi hazırda İran sahillərindən 800 km məsafədədir. Həmçinin bildirilib ki, ABŞ Yaxın Şərqə altı beşinci nəsil F-35A Lightning II gizli qırıcı təyyarəsindən ibarət daha bir qrup göndərib.

Chosen
41
herbiand.az

1Sources