EN

Deputat: Koçaryan, Sarqsyan, Ohanyan kimi daşnaklar da gec tez cəzalarını alacaqlar

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Bakı Hərbi Məhkəməsinin separatçı canilərə çıxardığı hökm tamamilə ədalətli, Azərbaycan qanunlarına və beynəlxalq hüquqa uyğundur. Bu hökm hüquqi qərar olmaqla yanaşı, həm də tarixi, siyasi və mənəvi baxımdan ədalətin növbəti təntənəsidir".

Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Aydın Hüseynov deyib.

O bildirib ki, separatçı rejimin "liderləri" onilliklər boyu beynəlxalq hüququn bütün norma və prinsiplərini tapdalayıb, Azərbaycan Respublikasının suverenliyinə qarşı silahlı qiyam həyata keçirib, mülki əhaliyə qarşı ağır cinayətlər törədiblər:

"Minlərlə insanın həyatına son qoyan, yüzminlərlə vətəndaşı doğma yurd-yuvasından didərgin salan bu şəxslər illərdir özlərini "siyasi fiqur" kimi təqdim etməyə çalışsalar da, əslində beynəlxalq hüquq baxımından cinayətkar olaraq qalırdılar. Onlar, nəhayət, yol verdikləri insanlıq əleyhinə cinayətlərin hüquqi cəzasını aldılar. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra başlayan hüquqi proseslər göstərdi ki, dövlət yalnız hərbi sahədə deyil, hüquq müstəvisində də prinsipial və qətiyyətlidir. Məhkəmə prosesi açıq, şəffaf və hüquqi prosedurlara uyğun aparıldı. Bu da separatçı liderlərin və onların havadarlarının "qisas", "siyasi sifariş" kimi absurd iddialarını tam şəkildə puça çıxardı. Ömürlük həbs hökmü bir daha sübut edir ki, ağır hərbi cinayətlər, insanlığa qarşı əməllər və dövlətə qarşı silahlı üsyan cəzasız qalmır".

"Bu qərar eyni zamanda gələcək üçün də ciddi mesajdır. Azərbaycana qarşı istənilən separatçı cəhd hüquqi müstəvidə mütləq şəkildə adekvat cavablandırılacaq. Eyni zamanda, Azərbaycanın qətiyyəti və qatillərə törətdikləri əməllərə görə hökmün çıxarılması hazırda Ermənistanda azadlıqda gəzən Robert Koçaryan, Serj Sarqsyan, Seyran Ohanyan kimi əli Azərbaycan xalqının qanına bulaşmış müharibə cinayətkarlarına, eləcə də bütün revanşizm hissi ilə yaşayanlara, daşnaklara dərs olmalıdır. Bilsinlər ki, Azərbaycan gec-tez onlara da törətdikləri cinayətlərin cəzasını verəcək. 5 fevralda Bakı Hərbi Məhkəməsinin çıxardığı hökm bunun bariz sübutudur" - deyə, deputat vurğulayıb.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
2
oxu.az

3Sources