EN

Merlər Razılaşmasına qoşulmuş Azərbaycan bələdiyyələrinin sayı açıqlandı

Bakı. Trend:

Azərbaycanda 10 bələdiyyə Avropa İttifaqının İqlim və Enerjiüzrə Merlər Razılaşması təşəbbüsünə qoşulub.

Trend xəbər verirki, bu barədə bu gün Azərbaycanın Energetika Nazirliyinin enerjisəmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov Energetika nazirliyivə Avropa İttifaqı tərəfindən birgə Bakıda təşkil olunmuş, MerlərRazılaşması təşəbbüsünə həsr olunmuş tədbirdə çıxışındabildirib.

O vurğulayıb ki, Azərbaycanda enerji səmərəliliyi sahəsindəhəyata keçirilən işlər çoxşaxəli səciyyə daşıyır.

“Bu gün biz xüsusilə yerli özünüidarəetmə orqanlarının rolunuqeyd etmək istəyirik. Bu kontekstdə Merlər Razılaşması təşəbbüsübələdiyyələr üçün mühüm platformadır. Sözügedən təşəbbüs yerlisəviyyədə enerji səmərəliliyi tədbirlərinin sistemliplanlaşdırılması, bərpa olunan enerji mənbələrindən istifadəningenişləndirilməsi, istixana qazları emissiyalarının azaldılması vəiqlim dəyişikliklərinə davamlılığın artırılması üçün realmexanizmlər təqdim edir”, – deyə C. Mikayılov bildirib.

Xatırladaq ki, Covenant of Mayors for Climate and Energy (İqlimvə Enerji üzrə Merlər Razılaşması) təşəbbüsü 2008-ci ildə Avropaİttifaqı tərəfindən işə salınıb və 2015-ci ildən etibarən qlobalmiqyas alıb.

Merlər Razılaşmasının əsas məqsədlərinə aşağıdakılardaxildir:

  • enerji səmərəliliyi tədbirlərinin tətbiqi və bərpa olunanenerji mənbələrindən istifadənin genişləndirilməsi hesabınaistixana qazları emissiyalarının azaldılması;
  • iqlim dəyişikliklərinin təsirlərinə dayanıqlığınartırılması;
  • bələdiyyələr, yerli və mərkəzi icra hakimiyyəti orqanlarıarasında əməkdaşlığın gücləndirilməsi;
  • hər kəs üçün enerjiyə təhlükəsiz, dayanıqlı və etibarlıçıxışının təmin edilməsi.
Chosen
67
1
az.trend.az

2Sources