EN

Tsarukyan parlament seçkilərinə hazırlaşır

AzVision.az xəbər verir ki, Ermənistan mediası belə məlumat yayıb.

Bundan əvvəl hakim “Vətəndaş Müqaviləsi” partiyası, keçmiş prezident Robert Köçəryan, “Birlik qanadları” təşəbbüsünün rəhbəri, keçmiş ombudsman Arman Tatoyan və ideoloji lideri iyunun 18-dən həbsdə olan iş adamı Samvel Karapetyan olan “Öz bildiyimiz kimi” hərəkatı seçkilərdə iştirak edəcəklərini açıqlayıblar.

Bundan əlavə, İrəvanın keçmiş meri Hayk Marutyan və onun “Yeni Qüvvə” partiyası, siyahısına sədr müavini Levon Zurabyanın başçılıq edəcəyi Ermənistan Milli Konqresi partiyası da seçkilərə qatılacaq.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri bu il iyunun 26-da keçiriləcək.

Sahil İsgəndərov
AzVision.az
Chosen
72
azvision.az

1Sources