EN

Vətəndən uzaqda: Estoniyada yaşayan azərbaycanlıların arzu və təklifləri dinlənilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Stokholm, 10 fevral, Nərgiz Cəfərli, АZƏRTAC

Estoniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov Tallinn universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, məktəbin rəhbəri Sənəm Əli təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib. Burada keçirilən Azərbaycan dili dərsinə qatılan qonaqlar azərbaycanlı uşaqların uğurları ilə də tanış olublar.

Vaqif Seyidbəyov Vətəndən uzaqda Azərbaycan dilinə və mədəniyyətinə göstərilən diqqət və qayğının əhəmiyyətinə toxunub, məktəbin fəaliyyətinə uğurlar arzulayıb. Görüşdə soydaşlarımızın arzu və təklifləri dinlənilib, gələcək planlar müzakirə edilib.

Sonda Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan Azərbaycan dili dərs vəsaitləri məktəbə hədiyyə olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
azertag.az

1Sources