EN

“Dövlətimizi elə qoruyurlar ki, sizin fitnə metodlarınızın heç bir əhəmiyyəti yoxdur...”

“Qanlı və ölümcül münaqişələrə son. Azərbaycan Prezidenti İlham Əliyevin, "Zayed İnsan Qardaşlığı" Mükafatı təqdim olunarkən etdiyi çıxışda, “ölümcül münaqişə” ifadəsi tarixin bütün qanlı, vəhşi və acımasız münaqişələrinə aiddir. Çünki insan dəyərlərinə hörmət və insan haqlarına sayğı, bütün siyasi etikaya malik liderlərin ilk növbədə əməl etməli olduğu vəzifədir”. 

Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

O, bildirib ki, İlham Əliyevin böyük siyasi etikası və müasir dünya düşüncələrinin incə mexanizmlərini mükəmməl izləməsi və onun böyük intellekt sahibi olması bu münaqişəyə ədalətli şəkildə son qoyaraq dünyanın ədalət fəlsəfəsinə yenilik gətirdi:

“Çünki əvvəlki dövrlərdə münaqişə bir neçə beynəlxalq təşkilatın fəaliyyət proqramında olsa da, nəticə əldə olunmamışdı. Lakin ədaləti Azərbaycan xalqı, ordusu və diplomatiyası bərpa etdi. İnsanlarımızın yüz illərlə tapdanmış, işğal olunmuş hüquqlarını azad etdik. Bu, bizim ən şərəfli tariximizdir və bu tarixi yazanlarla fəxr edirik. Siyasi etikanın əsasını dövlətin mövcudluğu və suverenliyi təşkil edir. Dövlətçilik bizim qırmızı xəttimizdir. Biz siyasətçinin, diplomatın, liderin, sərkərdənin dövlətə, soy-kökə, millətin milli kimliyinə və siyasi şəxsiyyətinə ehtiramını qazandığımız uğurlarla gördük. Bu baxımdan bizim üçün İlham Əliyev dünyanın bütün mükafatlarına layiq oldu”. 

R.Hüseynov deyib ki, ancaq əsas məsələ onun xalqın qəlbində qazandığı mükafatdır:

“O mükafat, xalqımızın öz torpağına münasibətindən, dövlətinə bağlılığından və vətəninə sevgisindən yaranan Azadlıq mükafatıdır. İlham Əliyev məhz bu mükafatı qazandı.Bütün bu sadalananlar, ölkə başçısının atdığı qürurlu addımlar nəticəsində beynəlxalq tribunalarda böyük sayğı ilə qarşılanmasının yaratdığı baxış bucaqlarıdır. Dövlət bizim, vətən bizim, qürur bizim, liderimiz bizimdir.Uğurların bol olsun, Azərbaycan! Müstəqil Azərbaycan dövlətinin siyasi etikası dünya ölkələrinin bir çox dövlət başçıları üçün nümunə oldu və biz bunun şahidi olmuşuq. Bu gün bəzi gəvəziyənlər, xəyanət edənlər və dövləti satanlar əslində özlərini satıblar. Dövlətimizi elə qoruyurlar ki, sizin fitnə metodlarınızın heç bir əhəmiyyəti yoxdur”.

Vasif ƏLİHÜSEYN

Chosen
46
adalet.az

1Sources