ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
İsrail Müdafiə Qüvvələri (İDF) sünni təşkilatı “Əl-Cəmia əl-İslamiya”nın cənub Suriyada yerləşən silah anbarını aşkarlayıb və məhv edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İDF qüvvələri keçən həftə Bəyt-Can kəndi yaxınlığında gecə əməliyyatı keçirərək "Əl-Cəmia əl-İslamiya"nın silah anbarını aşkarlayıb və məhv edib. Hərbçilər anbarın içində böyük miqdarda atıcı silah, mina və rabitə vasitələrini taparaq məhv ediblər”, — deyə açıqlamada bildirilir.
İsrail ordusu bu əməliyyatları belə izah edib ki, “Əl-Cəmia əl-İslamiya” İsrail Dövləti və onun vətəndaşlarına qarşı terror hərəkətlərini davam etdirməyə çalışır.
Sünni təşkilat 2024-cü ildə İsraillə münaqişə zamanı şiə hərəkəti “Hizbullah”ın müttəfiqi olub.
Məryəm Quliyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.