EN

İrandan etiraf: ABŞ 4 şərt irəli sürüb, qəbul etməsək...

ABŞ Omandakı danışıqlardan əvvəl İrana 4 şərt təqdim edərək, qəbul edilmədiyi təqdirdə hücuma keçəcəyi ilə hədələyib.

Publika.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun siyasi işlər üzrə komandir müavini Əziz Qəzənfəri açıqlama verib.

O, ABŞ-ın ballistik raket proqramını, zənginləşdirilmiş uranı və nüvə məsələsini danışıqlar mövzusu etmək istədiyini bildirib. Qəzənfəri vurulayıb ki, İranın müdafiə qabiliyyəti danışıqlar mövzusu ola bilməz və danışıqlara baxmayaraq hərbi tədbirlər görməyə davam edəcəklər.

Qəzənfəri Omandakı danışıqların ümumi çərçivəsinin ABŞ tərəfindən irəli sürülən şərtlərə deyil, İranın mövqeyinə uyğun olaraq formalaşdığını iddia edib.

Chosen
20
publika.az

1Sources