Bakı, 10 fevral, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha 10 qarşılaşma keçirilib.
AZƏRTAC xəbər verir ki, son çempion “Oklahoma Siti Tander” səfərdə “Los-Anceles Leykers”ə 119:110 hesabı ilə qalib gəlib. Bununla da meydan sahiblərinin müntəzəm mövsümdə 3 oyunluq qələbə seriyası başa çatıb.
Hazırda Qərb Konfransının turnir cədvəlinə Oklahoma təmsilçisi başçılıq edir. Kaliforniya klubu isə beşinci pillədə yer alıb.
Matçların nəticələri
“Şarlott Hornets” – “Detroyt Pistons” – 104:110
“Mayami Hit” - “Yuta Caz” – 111:115
“Nyu Orleans Pelikans” – “Sakramento” – 120:94
“Denver Naqqets” – “Klivlend Kavalyers” – 117:119
“Qolden Steyt-Uorriorz” - “Memfis Qrizlis” – 114:113
“Orlando Mecik” - “Miluoki Baks” – 118:99
“Bruklin Nets” – “Çikaqo Bullz” – 123:115
“Minnesota” - “Atlanta Hoks” – 138:116
“Portlend Treyl Bleyzers” - “Filadelfiya” – 135:118
“Los-Anceles Leykers” - “Oklahoma Siti Tander” – 110:119.