EN

İkinizlə də vaxt keçirmək istəyirəm Diplomat ifşa oldu

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Jeffrey Epstein işi üzrə açıqlanan yeni sənədlərdə Birləşmiş Ərəb Əmirliklərini təmsil edən diplomat Hind Al-Owais ilə bağlı diqqətçəkən məqamlar yer alıb. Sənədlərə əsasən, Epstein ilə Al-Owais arasında 2011–2012-ci illərdə intensiv e-poçt yazışmaları və üzbəüz görüşlər olub. Yazışmalardan birində Hind Al-Owais Epsteina “Şəhərdəsən? Bacım buradadır, ona səndən çox danışmışam, səninlə tanış olmasını istəyirəm” məzmunlu mesaj göndərib. Epstein isə 2011-ci ilin oktyabrında yazdığı cavabda “Gələcək fəaliyyətin üçün faydalı ola biləcək bir şəxs bu gün evimdədir” ifadəsini işlədib.Demokrat.az xəbər verir ki, 2012-ci ilin yanvarına aid qeydlərdə Epsteinin Hind Al-Owais və onun bacısı ilə görüş planlaşdırdığı, eləcə də “ikinizlə daha çox vaxt keçirmək istəyirəm” dediyi göstərilir. Bu yazışmalar Epsteinin müxtəlif ölkələrdən olan şəxslərlə qurduğu şəxsi və qeyri-rəsmi əlaqələrin miqyasını ortaya qoyur.Sözügedən təmaslardan təxminən dörd il sonra, 2015-ci ilin sentyabrında Hind Al-Owais Birləşmiş Ərəb Əmirliklərini təmsil edərək Birləşmiş Millətlər Təşkilatında baş məsləhətçi vəzifəsinə təyin olunub. Sənədlərdə Epsteinin bu təyinata birbaşa təsir göstərdiyinə dair açıq məlumat yer almasa da, əlaqələrin intensivliyi, zamanlama və sonrakı karyera yüksəlişi beynəlxalq ictimaiyyətdə suallar yaradıb.Hazırda Hind Al-Owais BƏƏ-nin İnsan Hüquqları üzrə Daimi Komitəsinin direktoru vəzifəsində çalışır. Epstein dosyalarında üzə çıxan bu yazışmalar isə onun diplomatiya və beynəlxalq qurumlar ətrafında qurduğu münasibətlərin mümkün təsir dairəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
demokrat.az

1Sources