EN

TRIPP Mərkəzi Asiya ölkələrinin strateji maraqlarına cavab verir - Ekspert

Bakı. Trend:

“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”nungerçəkləşdirilməsi Mərkəzi Asiya ölkələrinin strateji maraqlarınacavab verir.

Bu barədə Trend-əbeynəlxalq münasibətlər üzrə ekspert Tair Niqmanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın əsas ərazisini Ermənistanüzərindən Naxçıvan MR ilə birləşdirəcək bu yol Mərkəzi Asiyaölkələri üçün maraqlıdır, çünki əlavə nəqliyyat imkanları yaradır.Bu, xüsusilə dənizə çıxışı olmayan və yalnız Dünya okeanına çıxışıolmayan dövlətlərlə həmsərhəd olan Özbəkistan üçün mühüm əhəmiyyətdaşıyır.

Ekspert qeyd edib ki, regionun bütün ölkələri dənizə çıxışmarşrutunun tapılmasında maraqlıdır.

T. Niqmanov xatırladıb ki, hazırda region ölkələrinin yüklərintranziti üçün dörd istiqaməti mövcuddur. “Əslində belə marşrutlarınsayı dörddür. Birinci və Qazaxıstan üçün ən çox istifadə olunanmarşrut Rusiya Federasiyasının ərazisindən keçir. Daha sonraalternativlər mövcuddur: Xəzər dənizi, Qafqaz və Türkiyə üzərindən;Çin vasitəsilə; eləcə də cənub istiqaməti – Pakistan və Hindistantərəfə”, – deyə o izah edib.

Bununla yanaşı, ekspert vurğulayıb ki, cənub marşrutları hələ dəən mürəkkəb və ən az işlənmiş istiqamətlər olaraq qalır. “Rusiyamarşrutundan başqa ən real variant məhz Xəzər üzərindən Qafqazistiqaməti hesab olunur”, – deyə T. Niqmanov bildirib.

O qeyd edib ki, yalnız bu yaxınlarda, Azərbaycanın embarqonuaradan qaldırmasından sonra Qazaxıstan buğdası ilk dəfə olaraqErmənistana çatdırılıb. “Bu, ötən ilin mühüm hadisəsi idi, çünkiErmənistanın Avrasiya İqtisadi İttifaqına üzv olmasına baxmayaraq,sırf coğrafi səbəblərdən onunla ticarət uzun müddət ciddi şəkildəçətinləşmişdi”, – deyə T. Niqmanov izah edib.

Ekspertin fikrincə, Bakı ilə İrəvan arasında münasibətlərinnormallaşması, eləcə də logistika sahəsində konkret investisiyalayihələrinin həyata keçirilməsi Qazaxıstanın maraqlarına uyğundur.Çünki Qazaxıstan kənd təsərrüfatı məhsulları üçün daim satışbazarları, həmçinin idxal və ixrac üçün dayanıqlı marşrutlaraxtarır. Bu səbəbdən, T. Niqmanovun sözlərinə görə, QazaxıstanTRIPP layihəsini dəstəkləyir.

O əlavə edib ki, Qazaxıstan regionun digər ölkələri kimiçoxvektorlu siyasət yürüdür və ölkənin gündəliyində yalnızqonşularla yaxşı münasibətlərin qorunması deyil, həm də bütündövlətlərlə əlaqələrin inkişafı dayanır.

T. Niqmanov vurğulayıb ki, ABŞ ilə münasibətlər Qazaxıstan üçünböyük əhəmiyyət daşıyır.

“ABŞ iqtisadiyyatımıza sərmaye qoyan əsas investorlarlardanbiridir. Keçən il dövlət başçımızın ABŞ-a iki mühüm səfəri baştutub. Sentyabrda – BMT Baş Assambleyasının ümumi debatlarındaiştirak etmək üçün getmişdi - bu illik səfər sayılır. Ardınca, ayyarım keçdikdən sonra Prezident ‘Mərkəzi Asiya + ABŞ’ sammitindəiştirak etmək üçün yenidən ABŞ-a səfər edib”, – deyə obildirib.

Ekspert qeyd edib ki, bu səfərlərin yekununda mühüm razılaşmalarəldə olunub. Onların sırasında ABŞ-nin “Wabtec” şirkətininQazaxıstanın dəmir yolu sektoruna 4 milyard ABŞ dollarından artıqinvestisiya yatırması barədə saziş də var.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev, Amerika BirləşmişŞtatlarının Prezidenti Donald Tramp və Ermənistan RespublikasınınBaş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti vəErmənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dairBirgə Bəyannamə imzalayıblar.

Sənəddə həmçinin regional əlaqələrin bərpası çərçivəsindəZəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdətutulur.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti DonaldTramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanlagörüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziriArarat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikasıarasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinədair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və AzərbaycanRespublikası və Ermənistan Respublikası xarici işlər nazirlərininATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesininbağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişəüzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və YüksəkSəviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. OnlarAzərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlərnazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minskkonfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəYüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)imzalayıblar.

Məqalədə:
Chosen
62
az.trend.az

1Sources