EN

Süni intellekt insanları əvəz etməyəcək - "OpenAİ"nin rəhbəri

"Süni intellekt insanları əvəz etməyəcək".

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri “OpenAİ”nin CEO-su Sam Altman deyib.

“Süni intellekti istifadə edən insanlar istifadə edə bilməyənlərin yerini alacaq. Bu, qorxu yaratmaq üçün deyil, həqiqətdir. Süni intellekt bir vasitə, rəqabət üstünlüyüdür. Gələcək onu öyrənən, istifadə edən və onunla birlikdə inkişaf edənlərə aiddir”, - deyə o söyləyib.

Qeyd edək ki, "OpenAI" süni intellekt texnologiyaları hazırlayan şirkətdir. "ChatGPT" isə OpenAI tərəfindən yaradılmış və həmin texnologiya əsasında işləyən danışıq proqramıdır.

Billurə

Chosen
120
28
olke.az

10Sources