Bakı və Tehran quru sərhədi boyunca sərnişin daşımalarının bərpası imkanlarını müzakirə edirlər.
Ölkə.Az-ın məlumatına görə, bu barədə İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi Əmiri Ərdəbil bölgəsindən olan parlament üzvləri ilə görüşündə bildirib.
Qeyd edək ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin mart ayından bağlıdır.
Xatırladaq ki, oxşar xəbər bir müddət öncə Gürcüstan barədə deyilmişdi. Belə ki, iki ölkənin rəsmilərinin görüşünə istinad olunaraq tezliklə quru sərhədlərin açıqlacağı bildirilirdi.