EN

“Sağlam Radio”da səhiyyədə kağızsız dövr haqda: e-Bülleten və e-Epikriz məlumatları necə mərkəzləşdirir?

Bakı. Trend:

2025-ci ili Azərbaycan səhiyyəsinin rəqəmsal transformasiyasındadönüş nöqtəsi kimi qiymətləndirmək tam əsaslıdır. Məhz bu ildənetibarən səhiyyə sahəsində əsas sənədlərin kağız daşıyıcılardanistifadədən çıxarılması, elektron reyestrlərin mərkəzləşdirilməsivə xidmətlərin real vaxt rejimində inteqrasiyası təmin edilib.

Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”daRəqəmsal Səhiyyə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisiSevinc Məhərrəmova açıqlayıb.

Onun sözlərinə görə rəqəmsallaşma prosesi pilot mərhələdənçıxaraq sistemli və ölkəmiqyaslı tətbiq mərhələsinə keçib: “Geridəqalan dövr ərzində səhiyyənin rəqəmsallaşdırılması istiqamətindəhəyata keçirilən tədbirlər vətəndaşların sağlamlıq məlumatlarınıvahid, təhlükəsiz və əlçatan informasiya məkanında birləşdirən,qurumlararası maneələri aradan qaldıran və innovasiyalara açıq olanvətəndaş yönümlü sistemin formalaşdırılması baxımından mühüməhəmiyyət kəsb edir. 2025-ci ildə icra edilən layihələrAzərbaycanın səhiyyə sisteminin fundamental şəkildə yenidənqurulmasını hədəfləyən vahid strateji yanaşmanın tərkibhissəsidir”.

Bu il ərzində e-Bülleten (elektron xəstəlik vərəqəsi) vəe-Epikriz sistemlərinin tam tətbiqi nəticəsində vətəndaşların tibbiməlumatlarının vahid və mərkəzləşdirilmiş reyestrdə toplanmasıtəmin edilib. Bu yanaşma pərakəndə məlumatların mərkəzləşdirilmişşəkildə idarə olunmasına imkan yaratmaqla səhiyyə sisteminininstitusional əsaslarını möhkəmləndirib.

Bütün Səhiyyə İnformasiya Sistemlərinin myGov portalı və DigitalLogin platforması ilə inteqrasiyası nəticəsində sistemlərəgirişlərin vahid Rəqəmsal Landşaft çərçivəsində mərkəzləşdirilməsitəmin edilib. Bununla da vətəndaşların reseptlərə, peyvəndməlumatlarına və elektron xəstəlik vərəqələrinə sürətli, təhlükəsizvə rahat çıxışı mümkün olub. Sözügedən yanaşma dövlət xidmətlərininvətəndaşlara daha əlçatan şəkildə təqdim edilməsinə, eləcə dəinzibati prosedurların sadələşdirilməsinə və inzibati yükünəhəmiyyətli dərəcədə azaldılmasına xidmət edib.

Mütəxəssis bildirib ki, Səhiyyə Nazirliyində ilk dəfə yaradılmışvə 24/7 rejimində fəaliyyət göstərən Təhlükəsizlik ƏməliyyatlarıMərkəzi (SOC) genişlənən rəqəmsal infrastrukturu kiber təhdidlərdənetibarlı şəkildə qoruyur: “Qeyd olunan nailiyyətlər qarşılıqlışəkildə bir-birini tamamlayaraq Vahid Səhiyyə Ekosistemininformalaşdırılmasına xidmət edir və Azərbaycan səhiyyə sisteminidaha proaktiv, səmərəli və vətəndaş mərkəzli bir idarəetmə modelinəyaxınlaşdırır”.

Məqalədə:
Chosen
61
5
az.trend.az

6Sources