EN

“Bənövşə gölü” su anbarı bərpa edilir

Yazını böyüt
Yazını kiçilt

Qusarda 1982-ci ildən 2016-cı ilə qədər istismar olunan və artıq 10 ildir istifadəsiz qalaraq bataqlığa çevrilən "Bənövşə gölü" su anbarı yenidən bərpa olunur. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Hafta.az xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyi və rayon ictimaiyyəti iştirak ediblər.

Bildirilib ki, su anbarı 2016-cı ildə "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması” layihəsinin icrası başa çatdıqdan sonra istifadəsiz qalaraq quruyub. Layihə üzrə su anbarının bərpası işlərinə başlanılıb. Su anbarının yenidən qurulması təkcə infrastruktur layihəsi deyil, eyni zamanda sosial əhəmiyyətli təşəbbüsdür. Layihənin icrası nəticəsində 7 kənddə yaşayan 11 min nəfərdən artıq əhalinin içməli su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması nəzərdə tutulur. Hazırda su anbarının bərpası layihəsinin birinci mərhələsində anbarın lil və çöküntülərdən təmizlənməsi, zəruri yerlərdə beton örtüyünün bərpası, su xəttinin yenilənməsi, mühafizə hasarının çəkilməsi və digər işlərin görülməsi planlaşdırılıb.

Qeyd edək ki, Qusar rayonunda növbəti mərhələdə içməli su təminatında ciddi problemlər yaşanan Köhnəxudat, Əvəcük, Gədəzeyxur, Bədişqala, Gündüzqala, İmamqulukənd kəndlərinə su xətlərinin çəkilməsi və Aşağı Ləgər kəndinin içməli su xəttinin də bu anbara qoşulması nəzərdə tutulur.

Chosen
22
14
hafta.az

10Sources