EN

ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!

Bakı. Trend:

Qlobal maliyyə dünyasının ən mötəbər nəşrlərindən sayılan “TheBanker” jurnalının fəaliyyətə başlamasından 100 il ötür. Bumünasibətlə jurnalın yubiley nömrəsi buraxılıb. “Əsrin bankçılığı”sloqanı ilə işıq üzü görən jurnalda dünyanın aparıcı bankları iləyanaşı, ABB haqqında da məqalə dərc edilib. Məqalə Bankın çevikfəaliyyət təcrübəsinə həsr olunub.

“Agile bankçılıq: maliyyə institutları yeni dövrə necə uyğunlaşabilər?” sərlövhəli məqalədə qeyd edilir ki, rəqəmsallaşmaprosesləri, artan müştəri gözləntiləri və süni intellekt reallığıilə bağlı olaraq artıq bütün dünyada banklar öz fəaliyyətlərinəyenidən baxmaqdadırlar. Belə bir mühitdə dəyişikliklərə sürətləuyğunlaşa bilmək banklar üçün əsas məsələdir.

ABB-nin təcrübəsi buna uğurlu nümunə sayıla bilər. Son illərdəBank 100-dən çox rəqəmsal məhsul təqdim edib. Satış, riskidarəçiliyi, müştərilərlə kommunikasiya və s. sahələrdə 80-dən çoxsüni intellekt modelinin tətbiqinə başlayıb. Bunun nəticələri isəhəm əməliyyat səmərəliliyində, həm də müştəri təcrübəsində özünügöstərir. Banka yeni müştərilərin 65%-i artıq rəqəmsal kanallarvasitəsilə cəlb olunur. Bu da rəqəmsal bankçılığa keçidin güclügöstəricisidir.

Agile təcrübə sayəsində ABB məhsulun bazara çıxma müddətini 147gündən 59 günə qədər endirib. Bankda işçi məmnunluğu 84,2-ə,müştəri məmnuniyyəti isə 76,9-a yüksəlib. Belə bir nəticəAzərbaycanın bank sektorundakı ən yüksək göstəricilərdəndir.ABB-nin əldə etdiyi bu irəliləyişlər, təşkilati çevikliyin məhsulunsürətli çatdırılmasına, komandanın güclənməsinə, yaxşı müştəritəcrübəsinin yaranmasına necə müsbət təsir göstərdiyini nümayişetdirir.

Əsl çeviklik texnologiyadan da çox, düşüncə tərzi vədavranışlarla bağlıdır. ABB məhz buna nail olaraq xidmətlərinirəqəmsal ekosistemlərə daxil edə bilib.

“The Financial Times” qrupuna aid olan “The Banker” jurnalı1926-cı ildən nəşr edilir. Baş ofisi Londonda yerləşir. Jurnalbütün dünyada yayılır. Onun əsas oxucu auditoriyası bank və maliyyəqurumlarının, tanınmış şirkətlərin menecerləri, beynəlxalq kapitalbazarlarının fəal iştirakçılarıdır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internetsəhifəsi https://abb-bank.az/,937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindənəldə etmək mümkündür.

Məqalədə:
Chosen
137
11
az.trend.az

10Sources