EN

ADY qeyri-sabit hava şəraiti ilə bağlı sərnişinləri diqqətli olmağa çağırır

Bakı. Trend:

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidəolunan qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcıtədbirlər görür.

Trend xəbər verir ki, bubarədə ADY məlumat yayıb.

Bildirilir ki, ölkə boyunca dəmiryol vağzal, stansiya vədayanacaqlarında qatarların və sərnişinlərin təhlükəsiz hərəkətiüçün işçi heyəti fasiləsiz çalışır, platformalarda xüsusi örtüklərsalınıb.

"Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir. Havaşəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək.

Sərnişinləri platformalarda hərəkət zamanı diqqətli olmağa vədəmiryol xətlərini müvafiq keçidlərdən keçməyə çağırırıq", -qurumdan əlavə olunub.

Chosen
67
19
az.trend.az

10Sources