EN

Azərbaycan iqtisadiyyatı amerikalı investorlar üçün cəlbedicidir - Kuş Çoksi

Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün olduqca cəlbedicidir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.

O qeyd edib ki, nümayəndə heyətinin tərkibində Azərbaycana böyük şirkətlər qrupu gəlib:

"Burada energetikadan tutmuş, telekommunikasiyaya qədər müxtəlif sahələri təmsil edən şirkətlər var".

K. Çoksi vurğulayıb ki, heyətdə iqtisadiyyatın, demək olar ki, bütün sahələrini əhatə edən 31-dən çox şirkət 60-dan çox nümayəndə ilə təmsil olunur.

"Bakıda keçirdiyimiz dünənki gün bizim üçün olduqca məhsuldar oldu və biz bu gün də eyni dərəcədə nəticəli iş gözləyirik", - deyə Çoksi əlavə edib.

Chosen
28
2
far.az

3Sources