EN

Narkotiki meşədə gizlədən şəxs tutuldu

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsmayıllıda narkotik satışı ilə məşğul olan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, 34 yaşlı rayon sakini Söhbət İsmayılov saxlanılıb. Ondan 2 kiloqrama yaxın marixuana və çətənə toxumları aşkar olunub.

Araşdırmalarla S.İsmayılovun narkotik vasitələri meşə massivində satış məqsədilə gizlətdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
18
modern.az

10Sources