EN

Fransada qəribə cinayət

Yazını böyüt
Yazını kiçilt

Fransada əkiz qardaşlar çoxsaylı qətllərdə ittiham olunurlar. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Hafta.az xəbər verir ki, hüquq-mühafizə orqanları hələlik cinayət hadisələrindən birində əkizlərin hansının atəş açdığını müəyyən edə bilməyiblər, çünki hər iki təqsirləndirilən şəxs eyni DNT-yə malikdir.

Məlumata görə, 33 yaşlı əkizlər və daha üç Fransa sakini bir neçə qətl hadisəsində ittiham olunurlar. İttihamlar 2020-ci ilin sentyabrında baş verən hadisələrlə bağlıdır. Qeyd olunur ki, təqsirləndirilən şəxslər Paris ətrafında fəaliyyət göstərən cinayətkar dəstənin üzvləri olublar.

Hadisələrdən birində istifadə edilən pulemyotda əkiz qardaşlardan hansının əl izinin olduğunu müəyyən etmək mümkün olmayıb. Polisdən məhkəməyə bildirilib ki, məhkəmə ekspertləri tətiyi əkizlərin hansının çəkdiyini müəyyən edə bilməyiblər.

Məhkəmə zalındakı atmosferin son dərəcə gərgin olduğu bildirilib. Əkizlər ayağa qalxmaqdan imtina etdikdən sonra məhkəmə zalından çıxarılıblar.

Polisin məlumatına görə, qardaşlar cinayətlərini ört-basdır etmək üçün oxşarlıqlarından istifadə ediblər. Onların tez-tez paltar, telefon nömrələri və sənədləri dəyişdirdiyi bildirilir.

Chosen
22
1
hafta.az

2Sources