EN

ABŞ Ticarət Palatası Azərbaycana illik biznes missiya təşkil etmək istəyir

ABŞ Ticarət Palatası Azərbaycana illik biznes missiyalar təşkil etməyi planlaşdırır.

"Far.Az" xəbər verir ki, bunu jurnalistlərlə görüşdə Palatanın beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.

Onun sözlərinə görə, Palata illik missiyaların və işçi görüşlərin təşkili daxil olmaqla, yeni əməkdaşlıq istiqamətlərini nəzərdən keçirir: "Şirkətlərin daha fəal iştirakı üçün hansı addımların atıla biləcəyini müəyyən etməyə kömək olacaq texniki sənədlər və digər məsələlər öyrənilir. Biz həmçinin Azərbaycana gələcək ticarət missiyalarının təşkili imkanlarını təhlil edirik. ABŞ şirkətləri bizim şəbəkəmiz vasitəsilə fəaliyyət göstərir".

Chosen
21
far.az

1Sources