EN

Çoksi: Azərbaycan davamlı iqtisadi artım üçün əhəmiyyətli potensiala malikdir

Azərbaycan inkişaf etmiş infrastruktura və gələcək iqtisadi artım üçün əhəmiyyətli potensiala malikdir.

"Report" xəbər verir ki, bunu ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə qeyd olunub ki, ölkə iqtisadiyyatın şaxələndirilməsi və bütövlükdə əhaliyə fayda verən davamlı iqtisadi artımın təmin edilməsi üçün öz enerji resurslarından səmərəli istifadə edib.

"Azərbaycanın əsas üstünlüklərindən biri inkişaf üçün müxtəlif imkanlardır. Xüsusilə, bu, turizm sektorunda aydın müşahidə olunur - turistlərin sayının artması, xizək kurortları, inkişaf etmiş infrastruktur, həmçinin Bakının zəngin tarixi. Bu, yalnız nümunələrdən biridir", - K.Çoksi qeyd edib.

O, həmçinin ölkənin strateji coğrafi mövqeyini vurğulayıb: "Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşir və yalnız enerji sahəsində deyil - xüsusilə, Avropanın ehtiyaclarını nəzərə alaraq - həmçinin nəqliyyat, logistika, istehsal və Şimal-Cənub marşrutlarında əlaqələndirici rol oynaya bilər".

Palata rəsmisinin sözlərinə görə, C5 formatının C6-ya keçməsi də daxil olmaqla regional əməkdaşlığın genişləndirilməsi yeni imkanlar açır, Azərbaycanın coğrafi mövqeyi isə milli sərhədlərindən kənardakı bir sıra bazarlara çıxış əldə etməyə imkan verir.

Chosen
47
far.az

1Sources