Bakı. Trend:
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində “WorldDefence Show 2026” beynəlxalq sərgisində iştirak edən AzərbaycanRespublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın9-da bir sıra görüşlər keçirib.
Trend xəbər verir ki, bubarədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Nazir Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədr müaviniGökhan Uçar, Sudanın Müdafiə Sənayesi Sisteminin baş direktoruMirgani İdris Süleyman, Sinqapurun “ST Engineering”, Çexiyanın“Colt CZ”, Çinin “ALIT” və “CETCİ”, Türkiyənin “BAYKAR”, “TUSAŞ” və“HAVELSAN”, həmçinin Amerika Birləşmiş Ştatlarının “Trillium”şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
Görüşlərdə müdafiə sənayesi sahəsində mövcud əməkdaşlıqəlaqələri, beynəlxalq təcrübənin daha dərindən öyrənilməsi, başverən qlobal tendensiyalar, müasir innovativ texnologiyalarıntətbiqi və sənaye imkanlarının inkişafı ilə bağlı fikir mübadiəsiaparılıb.
Müzakirələr zamanı tərəfdaşlıq münasibətləriningenişləndirilməsinin əhəmiyyəti vurğulanıb, bu cür beynəlxalqplatformaların təcrübə mübadiləsi və peşəkar dialoq baxımındanyaratdığı imkanlar qeyd edilib. Tərəflər müdafiə sənayesi sahəsindəaçıq dialoqun və qarşılıqlı anlayışın vacibliyini önə çəkiblər.
İşgüzar və konstruktiv şəraitdə keçən görüşlər müdafiə sənayesisahəsində beynəlxalq əlaqələrin möhkəmləndirilməsi baxımındanfaydalı müzakirələrlə yadda qalıb.