EN

Yasamal ərazisində dairəvi yolda qəza baş verdi

Yasamal rayonu, Bakı dairəvi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən "Lökbatan" dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

"Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür", - məlumatda vurğulanıb.

Milli.Az

Chosen
32
18
milli.az

10Sources