EN

Rasimə Seyidcahan yenə Rəşid Mahmudovdan danışdı: Sən nə kişisən ki...

Əməkdar artist Elza Seyidcahanın bacısı Rasimə yenə Rəşid Mahmudov haqqında danışıb.

“Yeni Sabah” xəbər verir ki, o, “Öz aramızda” verilişində bildirib:

“Rəşid bəy deyir ki, 2 qızım, 1 oğlum, 5 nəvəm var. Nəvəmin biri Amerikada oxuyur. Yoldaşımı belə sevirəm. Təpədən dırnağa özünü tərifləyir.

Sən heç İlhamə Quliyevanın sənətinin yanından keçə bilməzdin. Ona deyə bilərdin ki, İlhamə xanım, elm sübut edir ki, özündən razı olan şizofrendir? Bəli, elm sübut edir ki, Azərbaycan xanımı ilə belə danış? Sən nə kişisən ki, tarixdə qalan sənətçilər haqqında şizofreniyanın manyakal dərəcəsindədir deyirsən?”

Rasimə Seyidcahanın bu çıxışı sosial mediada qınağa səbəb olub.

Qeyd edək ki, tibb elmləri namizədi Rəşid Mahmudov bir müddət əvvəl E.Seyidcahanla bağlı qalmaqallı açıqlama vermişdi. Həkim verilişlərin birində bəstəkar-müğənnidə şizofreniya əlamətlərinin olduğunu bildirmişdi.

Aydan Hacı


Telegram kanalımız
Chosen
31
yenisabah.az

1Sources