Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Ukraynaya məxsus altı sabit qanadlı PUA-nı məhv edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiyanın üç bölgəsinə edilən hücum dəf edilib.
Məlumatda qeyd olunur ki, ötən gecə saat 23:00-dan səhət saat 07:00-a qədər Belqorod vilayətinin ərazisi üzərində Ukraynaya məxsus üç dron məhv edilib.
Həştərxan vilayəti üzərində iki dron zərərsizləşdirilib. Kursk vilayəti üzərində isə daha bir PUA məhv edilib.