EN

"Eşref Rüya"da yeni sima - FOTO

"Eşref Rüya" serialı son bölümlərdəki gərgin ssenarisi ilə izləyiciləri heyran qoymağa davam edir. Nisanın əslində Rüya olduğunun ortaya çıxması hekayədəki bütün tarazlıqları alt-üst edərkən, aktyor heyətinə yeni bir ismin - Hatice Denizin qatılması marağı daha da artırıb.

Bizim.Media xəbər verir ki, Melekin gəlişi ilə bəzi köhnə sirlər yenidən gündəmə gələcək.

O, əsas qəhrəmanlar - Eşref və Nisanın həyatında mühüm rol oynayacaq.

Melekin hərəkətlərinin serialdakı güc balansını dəyişəcəyi və bəzi obrazlar üçün gözlənilməz nəticələr doğuracağı gözlənilir.

Gənc və istedadlı aktrisa Hatice Deniz 9 yanvar 1998-ci ildə Türkiyənin Antalya şəhərində doğulub. Aktrisa bu günə qədər bir neçə məşhur layihədə -Kızılcık Şerbeti (Begüm obrazı ilə yadda qalıb), Aldatmak, Gibi, Adsız Aşıklar və Korkma Ben Yanındayım kimi müxtəlif obrazları canlandırıb. (Milli.Az) 


Bizim.Media  

Chosen
19
1
bizim.media

10Sources