EN

Aybəniz Haşımova yeni vəzifəsindən danışdı – VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aybəniz Haşımova A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, sənətçi yeni təyinatı ilə bağlı sosial şəbəkədə paylaşım edərək bunları deyib:

“Ardı kəsilməyən zənglər məni çox qürurlandırır, amma ikiqat məsuliyyətləndirir. Mənə görə sevinən hər kəsə təşəkkür edirəm. Əminəm ki, mədəniyyət naziri Adil Kərimlinin verdiyi bu qərara görə çox şad olacaqsınız”.

Qeyd edək ki, 58 yaşlı sənətçi “Bülbüllər” qrupunun yaradıcısı, Sənət Akademiyasının təsisçisi və rəhbəri, Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir.

Chosen
23
3
nocomment.az

4Sources