EN

Ərəblər ingilis ulduza elçi düşüb

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Bavariya"nın hücumçusu Harri Keyn Səudiyyə Ərəbistanı klublarının marağına səbəb olub. Sport24.az xəbər verir ki, bu barədə "Kicker" məlumat yayıb.

Mənbənin sözlərinə görə, namizədlər arasında "Əl-Əhli" və "Əl-İttihad" da daxil olmaqla, Səudiyyə Ərəbistanının aparıcı klubları da var. Alman klubunun rəhbərliyi hücumçunu saxlamaqda qərarlıdır, lakin onun müqaviləsində 70 milyon avroluq sərbəst qalma bəndi var.

Qeyd edək ki, Keyn bu mövsüm "Bavariya"nın heyətində bütün tunirlərdə 35 oyunda 38 qol vurub. İngilis futbolçunun Münhen komandası ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
sport24.az

1Sources