EN

Yaponiyanın NATO-nun Ukrayna proqramına qoşulması ilə bağlı məlumat təkzib edilib

Yaponiya hökuməti yerli medianın Tokionun NATO-nun Ukraynaya dəstək üçün yaratdığı PURL proqramına qoşulması və bu çərçivədə Kiyevə ötürmək üçün ABŞ istehsalı olan ləvazimatlar alması barədə xəbərlərini təkzib edib.

“İki sahil” xəbər verir ki, bu mövzu Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kiharanın mətbuat konfransında qaldırılıb.

Jurnalistlərin Yaponiya hökumətinin PURL proqramına qoşulmaq qərarı ilə bağlı xəbərləri şərh etmək xahişinə cavab olaraq o: "Qeyd etdiyiniz xəbərlərdən məlumatlıyıq. Hazırda bizimlə NATO arasında belə bir razılaşmanın əldə olunması faktı həqiqətə uyğun deyil", - deyə bildirib.

Eyni zamanda Kihara vurğulayıb ki, Yaponiya Ukrayna cəmiyyətinin və iqtisadiyyatının bərpasına, həmçinin möhkəmləndirilməsinə yönəlmiş yardımları davam etdirəcək.

Chosen
30
1
ikisahil.az

4Sources