EN

Yaponiya Ukrayna üçün ölümcül olmayan ləvazimatlar satın alacaq

Yaponiya hökuməti NATO tərəfindən yaradılmış və Ukraynaya ötürülmək üçün ABŞ istehsalı olan ləvazimatların satın alınması planlaşdırılan PURL proqramına qoşulmaq qərarına gəlib.

"Far.Az" xəbər verir ki, bu barədə Yaponiyabın İctimai Televiziyası məlumat yayıb.

Vurğulanıb ki, Yaponiya tərəfinin vəsaiti müstəsna olaraq ölümcül olmayan avadanlıq və ləvazimatların alınmasına yönəldiləcək. Söhbət xüsusilə radiolokasiya sistemləri və zirehli gödəkçələrdən gedir. Qeyd olunub ki, Yaponiya artıq öz qərarı barədə bir neçə NATO üzvü olan dövləti və Ukraynanın özünü məlumatlandırıb.

PURL proqramı 2025-ci ilin yayında NATO tərəfindən ABŞ-nin Kiyevə təmənnasız silah tədarükünü dayandırmaq qərarına cavab olaraq yaradılıb. Bu proqrama əsasən, Kiyev öz hərbi ehtiyaclarını formalaşdırır, Aİ ölkələri isə vəsait ayıraraq bu silahları ABŞ-dən satın alır və Ukraynaya ödənişsiz şəkildə təhvil verir.

Chosen
59
1
far.az

4Sources