EN

Yaponiya Ukrayna üçün qeyri-öldürücü avadanlıq alacaq

BAKI, 10 fevral. TELEQRAF

Yaponiya hökuməti NATO-nun Ukraynaya dəstək üçün yaratdığı PURL proqramına qoşulmaq barədə qərar qəbul edib və bu çərçivədə ABŞ istehsalı olan avadanlıqları alaraq Kiyevə təhvil verəcək.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziya kanalı məlumat yayıb.

Bildirilir ki, Yaponiyanın ayırdığı vəsait yalnız qeyri-öldürücü avadanlıq və ləvazimatların alınmasına yönəldiləcək. Söhbət, xüsusilə, radiolokasiya sistemləri və gülləkeçirməz jiletlərdən gedir. Qeyd olunur ki, Yaponiya artıq bu qərarı NATO-ya üzv olan bir neçə dövlətə və Ukraynanın özünə çatdırıb.

Xatırladılır ki, PURL proqramı 2025-ci ilin yayında NATO tərəfindən ABŞ-ın Kiyevə pulsuz silah tədarükünü dayandırmaq qərarına cavab olaraq yaradılıb. Bu proqram çərçivəsində Kiyev öz hərbi ehtiyaclarını formalaşdırır, Avropa İttifaqı ölkələri isə vəsait ayıraraq bu silahları ABŞ-dan alır və onları Ukraynaya pulsuz verir.

Chosen
54
teleqraf.com

1Sources