EN

Almaniyada əcnəbilər üçün dil imtahanları ilə bağlı saxta sxem aşkar edilib

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Almaniyada polis əcnəbilər üçün dil imtahanları ilə bağlı saxta sxem aşkar edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Spiegel" nəşri bildirib.

Qeyd olunub ki, bir neçə şübhəli şəxsin əcnəbilərin yerinə alman dili və vətəndaşlıq imtahanlarından keçdikləri iddia edilir. Məsələ ilə bağlı Bavariya və Şimali Reyn-Vestfaliya əyalətlərindən olan iki nəfər saxlanılıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, Nürnberqdən olan 39 yaşlı şübhəli alman dilini yaxşı bilən şəxslərin saxta sənədlərdən istifadə edərək dil imtahanlarına "vasitəçi" kimi göndərilməsini təşkil edib. İmtahandan uğurla keçdikdən sonra iştirakçılar orijinal sertifikat alıblar və onu yaşayış və ya vətəndaşlıq üçün səlahiyyətli orqanlara təqdim ediblər. Müştərilərdən hər imtahan üçün 2 500 avro ilə 6 000 avro arasında ödəniş tələb olunub.

Ötən ay müstəntiqlər imtahan zamanı 22 yaşlı "vasitəçi"ni də həbs ediblər. Nürnberq və Hamm şəhərlərində aparılan sonrakı axtarışlar zamanı çoxsaylı məlumatdaşıyıcı cihazlar, saxta yaşayış icazələri və dil testləri, həmçinin külli miqdarda nağd pul və az miqdarda narkotik aşkar edilib.

Bütün ölkə üzrə araşdırmalar davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
50
oxu.az

1Sources