EN

Müğənninin TARİXİ SƏHVİ: Lili Allen 14 milyard dolları necə İTİRDİ?

Müğənni Lili Allen 14 milyard dollarlıq fürsəti əldən verib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məşhur britaniyalı müğənni Lili Allen 2009-cu ildə karyerasının ən böyük maliyyə səhvini edib. Sənətçiyə virtual konsert qarşılığında 200 min bitkoin ödənilməsi təklif olunub, lakin o, həmin vaxt bu təklifdən imtina edib.

Qeyd olunur ki, əgər Allen həmin vaxt bu təklifi qəbul etsəydi, hazırda onun sərvəti təxminən 14 milyard dollar (təxminən 23 milyard 800 milyon manat) təşkil edərdi.

Bu məbləğlə müğənni dünyanın ən zəngin 20 qadını siyahısına daxil ola bilərdi.

Lili Allenin bu qərarı kriptovalyuta tarixindəki ən böyük itirilmiş fürsətlərdən biri hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
44
interpress.az

1Sources