EN

Film deyil, soyğundur Video

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

İtaliyanın cənub-şərqində, Brindisi ilə Leççe şəhərlərini birləşdirən magistral yolda zirehli pul daşıyan nəqliyyat vasitəsinə qarşı film səhnələrini xatırladan soyğunçuluq cəhdi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı quldurlarla təhlükəsizlik qüvvələri arasında atışma olub.

Belə ki, səhər saatlarında “613” nömrəli magistral yolda silahlı bir qrup şəxs özəl şirkətə məxsus zirehli nəqliyyat vasitəsinə hücum edib. Hücumçular marşrut üzərində park edilmiş başqa bir avtomobili yandıraraq yolu bağlayıb və zirehli maşını dayandırmağa nail olublar.

Bildirilir ki, əksəriyyəti qar maskası taxan quldurlar zirehli nəqliyyat vasitəsini açmaq üçün partlayıcı maddələrdən istifadə etməyə cəhd göstəriblər. Bu zaman hadisə yerinə gələn təhlükəsizlik qüvvələri ilə hücum edənlər arasında atışma baş verib. İnsident nəticəsində xəsarət alan olmayıb.

Təhlükəsizlik qüvvələrinin operativ müdaxiləsi nəticəsində soyğunçuluq cəhdi uğursuzluqla nəticələnib. Hücum edənlərin qaçarkən yoldan keçən başqa bir nəqliyyat vasitəsini dayandıraraq oğurladıqları iddia olunur.

Hadisə ilə əlaqəli olduğu güman edilən iki şübhəlinin Leççe yaxınlığında İtaliya jandarmları tərəfindən saxlanıldığı bildirilir. Axtarış və istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, oxşar hadisə 2024-cü ildə də eyni yolda baş vermişdi. Həmin vaxt avtomat silahlarla silahlanmış 10 nəfərlik dəstə zirehli nəqliyyat vasitəsindən təxminən 3 milyon avro oğurlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
qafqazinfo.az

1Sources