EN

Bıçağı kartofa sancıb 1 saat gözləyin Nəticə təəccübləndirir

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Mətbəxin ən vacib aləti olan bıçaqların paslanması çox vaxt qaçılmaz olur. Nəm qalan və ya hava ilə uzun müddət təmasda olan metallar bir müddət sonra korlanmağa başlayır. Belə bıçaqları dərhal zibil qutusuna atmaq əvəzinə, mətbəxdəki bir neçə vasitə ilə onu əvvəlki halına qaytarmaq olar.Demokrat.az xəbər verir ki, ən sadə üsullardan biri hamının evində olan soğandır. Quru soğanı kəsib üzərinə bir az şəkər tozu səpdikdən sonra paslı hissələri sürtmək kifayət edir. Bir neçə dəqiqə içində pasın yumşaldığını və təmizləndiyini görəcəksiniz. Eyni şəkildə kartofun da bu məsələdə köməyi böyükdür. Kartofun tərkibindəki təbii maddələr pası parçalayır. Bıçağı bir neçə saatlıq bütöv kartofun içinə sancıb saxlasanız, çıxaranda ləkələrin necə asanlıqla getdiyinə şahid olacaqsınız.Limon və duz ikilisi də bu işdə sınaqdan çıxmış vasitələrdəndir. Limonun turşuluğu pası söküb atmaq üçün əla imkandır. İstəsəniz bıçağı limon suyunda saxlayın, istəsəniz də duza batırılmış limon dilimi ilə birbaşa paslı yeri ovun. Sodalı su da eyni effekti verir, sadəcə bir az gözləmək lazımdır. Amma daha dərin və inadkar pas izləri varsa, ağ sirkə ən yaxşı seçimdir. Bıçağı bir gecə sirkədə saxlamaq səhər saatlarında sizi tamamilə yeni bir mənzərə ilə qarşılaşdıra bilər.Əlbəttə, bıçağın paslanmaması üçün ən yaxşı yol elə əvvəlcədən tədbir görməkdir. Bıçağı yuduqdan sonra onu heç vaxt nəm qoymaq olmaz. Yaxşıca qurulayıb yerinə qoymaq alətin ömrünü uzadır. Həmçinin bıçaqları açıq havada deyil, xüsusi altlıqlarda və ya qutularda saxlamaq paslanma riskini minimuma endirir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
demokrat.az

1Sources