EN

Səfir: ABŞ-nin blokadası səbəbindən Kubada enerji vəziyyəti son dərəcə ağırdır

BAKI, 10 fevral. TELEQRAF

Kubada enerji vəziyyəti ABŞ-ın tətbiq etdiyi blokada səbəbindən son dərəcə ağırdır.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın Havanadakı səfiri Viktor Koronelli “Rossiya 1” telekanalına müsahibəsində deyib.

Diplomat bildirib ki, hazırda Kubada həm enerji, həm də ərzaqla bağlı vəziyyət çox mürəkkəbdir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar faktiki olaraq Kubaya qarşı enerji blokadası elan edib və bunun mənfi nəticələri artıq hiss olunmağa başlayıb. Koronelli qeyd edib ki, ölkədə elektrik enerjisinin verilişi uzun müddətlərə kəsilir.

Bundan əvvəl Rusiyanın Kubadakı səfirliyi ölkədəki çətin vəziyyət fonunda rusiyalı turistlərin bir hissəsinin bir oteldən digərinə köçürüldüyü barədə məlumatları təsdiqləmişdi.

Chosen
37
teleqraf.com

1Sources