EN

Aİ Ukraynanın üzvlüyünü mümkün sülh sazişində təsbit etmək istəyir

Avropa İttifaqı Ukrayna münaqişəsinin nəticələrinə dair mümkün gələcək sülh sazişində Ukraynanın birliyə üzvlüyünün təsbit edilməsi üçün bir neçə variant üzərində işləyir.

APA xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Avropa ölkələri Ukraynaya qurumun tamhüquqlu üzvünün bəzi hüquqlarına dərhal çıxış verilməsi variantını nəzərdən keçirir.

Eyni zamanda, Ukraynanın üzvlük üçün formal prosedurun tələblərinə əməl etməsi məqsədilə yerinə yetirməli olduğu şərtlər üçün dəqiq vaxt çərçivələrinin müəyyənləşdirilməsi planlaşdırılır.

Agentliyin vurğuladığına görə, Aİ mümkün sülh sazişində Ukraynanın ittifaqa namizəd kimi başladığı yolu davam etdirəcəyini təsbit etməklə kifayətlənə, yaxud ölkə üçün keçid dövrü müəyyən edərək onun mərhələli şəkildə inteqrasiyaya cəlb olunacağını göstərə bilər.

Chosen
29
apa.az

1Sources